Interposta.Info

Bakıda hərəkətdə olan sərnişin avtobusunda yanğın olub (VİDEO)

Ölkə
 16-12-2021, 09:46     283

Bakının Nərimanov rayonunda sərnişin avtobusu yanıb.

"İnterPsta" APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Natiq Abdullayevin idarə etdiyi "Karsan” markalı 81 nömrəli sərnişin avtobusunun mühərrik hissəsində qəfil tüstülənmə baş verib.
Mühərrik bölməsində başlayan yanğının salona keçməsinin qarşısını FHN-nin DYMX-nin mobil briqadası alıb. Əraziyə iki texnika cəlb edilib.
Sürücü Natiq Abdullayev bildirib ki, hadisə zamanı avtobusda sərnişin olmayıb. O, avtobusu depoya təhvil vermək üçün idarə edib.
Fakt araşdırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26