Interposta.Info

“Qoca” ləqəbli avtoritetin cinayət ortağına 18 illik hökm oxundu

Ölkə
 14-12-2021, 11:23     258

Lənkəran Ağır Cinayətlər Məhkəməndə Şirvanda 6 il əvvəl qətl törətməkdə təqsirləndirilən Kavus Kakavanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"İnterPosta" xəbər verir ki, sonuncu prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Belarus Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bu ilin may ayında ölkəmizə ekstradisiya edilib.

Məlumata görə, Şirvan Rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən K.Kakavanın - ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan vətəndaşlarından ibarət tərkibdə yaradılan cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan vətəndaşları Nacıyev Elvin Zamanəli və Sarıbalayev Zaur Vəfadar oğlunun qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

K.Kakavan barəsində beynəlxalq axtarış elan edilmişdi.

Qeyd edək ki, qətlə yetirilən E.Naciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb. Z.Sarıbalayev isə kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədovun yaxın adamı olub.

Hadisə 2015-ci il noyabrın 5-də Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə baş verib. Belə ki, 1983-cü il təvəllüdlü E.Naciyev və 1990-cı il təvəllüdlü Z.Sarıbalayev tapançadan açılan atəşlə qətlə yetirilib.

Hadisədən sonra Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Ağami Əli Rasim oğlu və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu, Hacıqabul rayon sakini Məhəmməd Heydərov, Etibar Məmmədov saxlanılıb.

Xatırladaq ki, “Qoca” ləqəi ilə tanınan E.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçıb, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib./report.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26