Interposta.Info

Universitetlər Bakıdan köçürüləcək? - Deputat açıqladı (VİDEO)

Ölkə
 25-11-2021, 09:35     292

Bütün universitetlərin Bakıda yerləşməsi paytaxtın yükünü xeyli artırmaqla yanaşı, çoxsaylı sosial problemlər də yaradır. Millət vəkili Musa Qasımlı təhsil müəssisələrinin bəzilərinin bölgələrə köçürülməsi fikrini yenidən gündəmə gətirib. Uyğun variant kimi hətta işğaldan azad olunan ərazilərə də diqqət çəkib.

"İnterPosta" xəbər verir ki, bəzi universitetlər Bakıdan bölgələrə köçürülməlidir. Bu, paytaxtın yükünü azaltmaqla yanaşı, şəhərdəki sıxlığı da aradan qaldırar.

Millət Vəkili Musa Qasımlı belə bir açıqlama verib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı fikirlər, xüsusilə, ekspertlərin, mütəxəssizlərin təklifləri müxtəlifdir. Hamısı dinlənildikdən sonra müsbət qərar verilməlidir. Hazırda ən optimal variant universitetlərin yerinin dəyişdirilməsidir.

Millət vəkili deyir ki, universitetlərin müvafiq bölgələrə köçürülməsi həm də praktika keçmiş yaxşı mütəxəssislərin yetişməsi deməkdir.

Millət vəkilinin sözlərinə görə, qonşu Türkiyədə paytaxt ilə yanaşı, böyük şəhərlərin demək olar ki, əksəriyyətində universitetlər var. Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Cəsarət Valehov "Xəzər Xəbər"ə bildirdi ki, məsələ hələ ki, gündəmdə deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26