Interposta.Info

Azad olunmuş ərazilərdə daha bir hərbi hissə açıldı (VIİDEO)
 

Ölkə
 5-11-2021, 22:31     361

Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə azad edilən ərazilərdə yeni hərbi şəhərciklərin açılışı davam etdirilir.

Müdafiə Nazirliyindən "İnterPosta"ya verilən məlumata görə, əsaslı təmir olunan hərbi hissənin açılışında iştirak edən Müdafiə nazirinə məruzə edilib ki, şəhərcik hərbi qulluqçuların bütün zəruri ehtiyaclarının tam təmin edilməsi üçün müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub.

Mərkəzi istilik sistemi quraşdırılan hərbi hissədə silah otağı, yataqxana, yeməkxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-camaşırxana-qazanxana kompleksi, avtomobil parkı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb. Ərazidə abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib.

Müdafiə naziri hərbi qulluqçuların xidmət və sosial şəraitinin daha da yaxşılaşdırılması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, xüsusilə də azad edilən ərazilərdə xidmət edən şəxsi heyətin bütün zəruri ehtiyaclarının təmin olunması barədə müvafiq tapşırıqlar verib.

Sonda Zəfər Günü münasibəti ilə hazırlanan tort kəsilib və general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26