Interposta.Info

Şəhid Məzdək Eyvazlının ailəsi və xatirəsinə inşa edilən abidə ziyarət edildi - VİDEO/ FOTOLAR

Ölkə / Manşet
 5-11-2021, 14:12     695

Laçın Dövlət Rəsm Qalereyası və Laçın rayon 29 saylı Tam Orta Məktəb şəhid ailəsin ziyarət ediblər.

İlk öncə şəhidimizin həyat yolunu təqdim edirik:

Məzdək Eyvazlı 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur.

2002-ci ildə Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbin 1-ci sinfinə daxil olan Məzdək 2013-cü ildə həmin məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur.

2017-ci ildə universiteti bitirmiş və Gədəbəyə hərbi xidmətə yollanmışdır.

2018-ci ildə hərbi xidmət müddətini bitirmişdir. Məzdək 2019-cu ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində işləməyə başlamışdır.

Məzdək Eyvazlı 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra elan edilən səfərbərlikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır.

21 sentyabr 2020-ci ildə səfərbər olunan Məzdək bir neçə günlük hərbi təlim toplantısından sonra 27 sentyabrda başlayan Vətən Müharibəsinə ilk gündən yollanmışdır.

Füzuli uğrunda döyüşlərdə vuruşmuşdur. O, 29 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eyvazlı Məzdək Əli oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eyvazlı Məzdək Əli oğlu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə də təltif edilmişdir.

Məlumat üçün onuda qeyd edək ki, Laçın rayon 29 saylı Tam Orta Məktəbin 6A-nın sinifi rəhbəri Adilə Əliyevanın təşkilatçılığı ilə məktəbin 6A sinifi və Laçın Dövlət Rəsm Qalereyası təşkil edilən təqbirə qatılmış və şəhid ailəsini ziyarət etmişdirlər.

Ziyarət zamanı Laçın Dövlət Rəsm Qalereyasının direktoru Dünyamalıyev Xaliq çıxış etmişdir.

Çıxışda deyilir: Şəhidlər Azərbaycan Respubilkasının ərazi bütövlüyün öz qanları bahasına təmin edərək bizim qururumuzu, kimliyimizi özümüzə qaytardılar. Biz hərzaman şəhidlərimizə, qazilərimizə borcluyuq.

Üç rəngli bayrağımız onların cəsarəti hesabına Qarabağda dalğalanır.

Onları haqqın heçcür ödəmək mümkün deyil...

Allah cümlə şəhidlərimizə rəhmət etsin.

Sonda məktəbin müəlliməsi Adilə Əliyeva şəhid Məzdək Əli oğlunun xatirəsinə həsir olunmuş rəsm əsəri şəhid anası Gülnarə xanıma təqdim etmişdir.

İnterPosta.info-nun əməkdaşları tərəfindən çəkilmiş xatirə şəkillərin təqdim edir:






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26