Interposta.Info

Rövşən Əkbərovun general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
 

Ölkə / Manşet
 1-11-2021, 15:36     371

"Rövşən Əkbərovun general-leytenant rütbəsinin alınması ilə bağlı işdə çıxış edən prokurorun da mövqeyi olub və məhkəmənin də qərarı var".

"İnterPosta" xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Qanunvericiliyin tələblərinə görə, bu mütləq deyil. Qanunvericiliyə görə, zəruri olan hallarda, əgər prokuror bunu məqsədəuyğun hesab edirsə, məhkəmə qarşısında vəsasətlə çıxış edir və məhkəmə də müvafiq qurumlara müraciət olunması üçün qərar qəbul edir. Amma bu işdə məsələ məqəsdəmüvafiq hesab edilməyib. Ona görə də belə bir qərar qəbul olunmayıb", - Baş prokuror vurğulayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26