Interposta.Info

Vətən Müharibəsinin 34-cü günü: 30 oktyabrda nələr baş verdi?
 

Ölkə / Manşet
 30-10-2021, 10:03     766

30 oktyabr 2020-ci il. Gecə ərzində döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdi. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 ədəd PDM, 2 ədəd "Smerç” və 1 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd "Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd "Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilərək sıradan çıxarıldı.

Cəbhədə darmadağın edilən düşmən terror əməlindən əl çəkmirdi. Saat 07:35-dən başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Göygöl rayonlarının ərazisini ağır artilleriya qurğularından atəşə tuturdu.

Bir qədər sonra isə Qubadlı rayonunun ərazisi atəşə məruz qoyuldu. Dağıdılan yerlərdən

Ermənistan ordusunun davamlı olaraq döyüş mövqelərindən kənar şəhər və kəndlərimizi hədəf seçməsi təəssüf və kədər hiss doğursa da, xalqımızın əzmini, qətiyyətini sındıra bilməzdi. Əksinə ordumuz axıdılan qanların qisasını döyüş meydanında alırdı. Bu ordunun, bu xalqın, inam, güvən mənbəyi olan həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, prinsipial siyasəti idi. Elə xalqımız ordunun qələbə xəbərlərini də məhz Prezident İlham Əliyevin bir başa müraciətlərindən eşidir, "Twitter" səhifəsindən oxuyurdu. Bu dəfə isə dövlət başçısı Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndlərinin, Zəngilan rayonunun Aladin, Vejnəli kəndlərinin, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.

Ermənistan isə hər addımında özünün rəzil, çirkin niyyətini ortaya qoyurdu. Belə ki, Ağcabədi və Göygöl rayonlarının mütəmadi artilleriya atəşinə tutulması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərində yanğınlar baş verdi.

Amma düşmənin son çırpınışları onu xilas etməyəcəkdi. Çünki Ordumuz daha 10 gün düşmənin başını əzəcəkdi. /APA

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26