Interposta.Info

Yoluxanların sayı açıqlandı, 20 nəfər vəfat etdi
 

Ölkə
 21-10-2021, 21:15     295

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib. 21 337 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, bu günə qədər isə ümumilikdə 5 069 352 test icra olunub.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 32 200 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 716 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 289 672, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 281 946 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26