Interposta.Info

“Nar”ın hər bir abunəçisi üçün özəl təklifi var!

Ölkə
 18-10-2021, 20:33     334

Hər bir müştərinin ehtiyacını anlayan “Nar” öz təkliflərini və məhsullarını məhz abunəçilərin istəkləri
əsasında qurur. Daha çox zəng xidmətinə üstünlük verən və ya vaxtının çoxunu internetdə keçirən,
yaxud da hər ikisini bir paketdə əldə etmək istəyən abunəçilər üçün “Nar”ın xüsusi təklifləri var. Gün
ərzində daha çox zəng edən və telefonla danışmağı sevən abunəçilər “Nar”ın “Unikal” tarifini seçə
bilərlər. Bu tarif ölkədaxili bütün istiqamətlərə vahid qiymətə danışmaq imkanı verir. “Unikal” tarifinə
qoşulmaq üçün abunəçilər “Unikal” açar sözünü yazıb, 777-yə göndərə bilərlər.

Hər zaman onlayn olmaq və kəsintisiz internetdən həzz almaq istəyən abunəçilər üçün isə “Nar”
müxtəlif ölçülü internet paketlərini təklif edir. Abunəçi öz ehtiyacına uyğun olaraq çoxsaylı internet
paketlərindən birini seçə bilər. “Nar”ın internet paketləri haqqında ətraflı məlumatı “İnternet” açar
sözünü 777 qısa nömrəsinə göndərməklə əldə etmək olar.


“Nar“ bütün xidmətlərin bir paketdə olmasını istəyən müştərilər üçün“FULL” paketlərini təklif edir.
Burada ölkədaxili dəqiqələr, bol internet və bonuslar bir paketə daxil olub. “FULL” paketlərinin
istifadəçiləri “Çevir” xidməti ilə istədikləri zaman dəqiqələri meqabaytlara, meqabaytları isə
dəqiqələrə çevirə bilərlər. Abunəçilər “FULL” paketləri haqqında ətraflı məlumatı “FULL” açar
sözünü 777 qısa nömrəsinə göndərməklə əldə edə bilərlər.

“Nar”ın məhsulları və xidmətləri haqqında ətraflı məlumatı 777 Çağrı Mərkəzi, sosial media
səhifələrinin onlayn çat xidməti, “Nar+” tətbiqi, eyni zamanda “Nar” Xidmət və satış mərkəzlərindən
əldə etmək olar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26