Interposta.Info

Evdə qal, “Nar”ın sərfəli internet paketlərindən yararlan!

Ölkə
 14-04-2020, 19:20     393

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar evdən çıxmayan abunəçilərin öz yaxınları ilə daim əlaqədə olması və vaxtını əyləncəli keçirməsi üçün "Nar”, güzəştli internet paketləri haqqında məlumatı təqdim edir. "Nar” abunəçiləri müxtəlif internet paketləri sifariş etməklə gecələr pulsuz və limitsiz internetdən yararlana, "WhatsApp”da pulsuz ünsiyyət qura, eyni zamanda ikiqat internet əldə etməklə sosial şəbəkədən pulsuz istifadə edə bilər.

Evdə oturan abunəçilərin vaxtını səmərəli keçirməsi üçün "Nar”ın internet paketləri ən uyğun seçimdir. Mobil operatorun müxtəlif həcmli internet paketləri abunəçilərə meqabaytları bitsə də, istifadə müddətinin sonuna qədər internetdən pulsuz istifadə imkanı verir. İrihəcmli "XL”, "2XL” və "3XL” paketlərində gecələr internet pulsuz və limitsizdir. Yəni istifadə zamanı paketin meqabaytlarından sərf edilmir. Üstəlik, internet paketlərində "WhatsApp” ilə ünsiyyət pulsuzdur. "Nar” ın internet paketlərini əldə etmək üçün aşağdakı linkdən ətraflı məlumat əldə edin: https://www.nar.az/limitsiz-internet-paketler/

İkiqat internet təqdim edən "CavanNar” tarifi isə abunəçilərə evdə oturmaqla həm daha çox internetdən zövq alma, həm də sosial şəbəkələrdən daha çox istifadə imkanı verir. "CavanNar” tarifi iki paketdən ibarətdir. "CavanNar 9” abunəçilərə aylıq 9 AZN ödəməklə 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə təqdim edir. "CavanNar 6” isə aylıq 6 AZN ödəməklə 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışıq verir. "CavanNar” tarifi haqqında daha ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

Bundan başqa, ”Nar” bu günlərdə evdə oturan abunəçilərə hədiyyə qazanmaq şansı verib. Belə ki, müştəri xidməti funksiyasını yerinə yetirən və hesabı daha asan idarə etməyə imkan verən "Nar+” tətbiqində yeni qeydiyyatdan keçən abunəçilər xüsusi bonuslar qazana bilərlər. Kampaniya 19 aprel tarixinədək davam edəcək. Qeyd edə ki, "Nar+” tətbiqini "AppStore” və "PlayStore”dan yükləmək mümkündür.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26