Interposta.Info

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi 

Ölkə
 7-10-2021, 22:16     381

“Bakcell”in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunacaq
Bakcell və «GİD CSR Consulting» şirkəti uşaqlar arasında“Vətən sevgisinə rəng qat!” şüarıaltında rəsm müsabiqəsi elan edib. Layihənin məqsədi vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına öz həmyaşıdlarının qayğı və diqqətini göstərməkdir.
Layihəçərçivəsində Bakı və Sumqayıtşəhərlərindəvə Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi elan ediləcək.Seçilən rəsm əsərlərinin satışından əldə olunan vəsait isəİkinci Qarabağ müharibəsişəhidlərinin övladlarına hədiyyələrin alınması üçün xərclənəcək.
Beləliklə, “Vətən sevgisinə rəng qat!”şüarı altında keçirilən bu aksiyaya qoşulan uşaqlar 100 şəhidin övladına dəstək və dostluğunu nümayiş etdirmək imkanı əldə edəcək.
Aksiyada iştirak etmək istəyən uşaqlar sərbəst mövzu üzrə çəkilmiş rəsmlərini 01 noyabr 2021-ci il tarixinə qədər [email protected] ünvanına göndərməlidir.
Müsabiqədə iştirak qaydaları və aksiya barədə daha ətraflı məlumat https://gidconsulting.az/?p=101 səhifəsində yerləşdirilib.
Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiyasını diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26