Interposta.Info

"Dünya bir palitradır, biz isə onun rəngləri" adlı rəsm sərgisi keçirildi

Müxtəlif
 23-04-2017, 11:37     818

23 aprel - Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramı günü münasibəti ilə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu və Xəzər Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Dünya bir palitradır, biz isə onun rəngləri" adlı qarışıq rəsm sərgisinin açılış mərasimi keçirilib.
interposta.info xəbər verir ki, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev yeninetmə gənclərin qabiliyyətlərinin inkişafında əməyi olan Xəzər Təhsil Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.

Fuad Əliyev qeyd edib ki, tələbələr onlara yaradılan şəraitdən yaxşı yararlanaraq layiqli Azərbaycan vətəndaşı olmalıdırlar. Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Orhan İşık iştirakçıları salamlayaraq 23 aprel - Türkiyə Respublikasının Milli Suverenlik və Uşaq Bayramı günü münasibəti ilə təbrik edib, əlamətdar gün haqqında məlumat verib. Qeyd edib ki, 23 aprel dünyada qeyd olunan ilk uşaq bayramıdır. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov tədbir iştirakçılarını salamlayaraq Nizami yurdunda həyata keçirilən layihələr haqqında danışıb. Kənan Məmmədov xüsusi qabiliyyəti olan gənclərə gələcək həyatlarında uğurlar arzu edib. Sonda Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğu tərəfindən Xəzər Təhsil Mərkəzinə və 13 yeniyetmə gəncə Fəxri Fərman verilib.
Bildirək ki, açılış mərasimində 10-20 yaşlı 13 yeniyetmə gəncin 40-a yaxın əsəri nümayiş edilib. Rəsm əsərləri 6 may tarixinə kimi nümayiş ediləcək.

interposta.info
"Dünya bir palitradır, biz isə onun rəngləri" adlı rəsm sərgisi keçirildi
"Dünya bir palitradır, biz isə onun rəngləri" adlı rəsm sərgisi keçirildi
"Dünya bir palitradır, biz isə onun rəngləri" adlı rəsm sərgisi keçirildi
"Dünya bir palitradır, biz isə onun rəngləri" adlı rəsm sərgisi keçirildi
"Dünya bir palitradır, biz isə onun rəngləri" adlı rəsm sərgisi keçirildi
"Dünya bir palitradır, biz isə onun rəngləri" adlı rəsm sərgisi keçirildi
"Dünya bir palitradır, biz isə onun rəngləri" adlı rəsm sərgisi keçirildi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26