Interposta.Info

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
 

Ölkə / Manşet
 29-09-2021, 23:13     274

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 842 yeni yoluxma faktı qeydə alınıb, 2 062 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İnterPosta"ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 457 144 nəfər müalicə olunaraq sağalıb, 6 498 nəfər vəfat edib. 19471 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 668, bu günə qədər isə ümumilikdə 4 849 531test icra olunub.

Azərbaycanda bu gün 67 977 nəfər vaksinasiya olunub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 394 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 485 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 745 715, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 740 237 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26