Interposta.Info

Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

Ölkə
 25-09-2021, 23:50     291

Bakcell şirkəti və “ASAN Könüllüləri” Təşkilatı yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncədəyaşayan aztəminatlı və qazi ailələrinin uşaqlarına hədiyyələr təqdim edib. Aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.
“ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.azsaytına məktub göndərən 24 nəfər uşağa Bakcell tərəfindənməktəb ləvazimatları hədiyyə olunub.
Uzunmüddətli tərəfdaşlıq sayəsində Bakcell və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.
Qeyd edək ki, Bakcell şirkəti “ASAN Məktub” proqramına həmçinin mobil rabitə dəstəyi göstərir.
Bakcell xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların vəinklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26