Interposta.Info

Bakı əhalisinin sayı açıqlandı

Ölkə
 22-09-2021, 19:36     290

Bakı şəhər Statistika İdarəsi paytaxt əhalisinin 2021-ci ilin əvvəlində qeydə alınan sayını açıqlayıb.

"İnterPosta"-nın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 300,5 min nəfər təşkil edib. Bu, illik ifadədə 7,5 min nəfər və ya 0,3% çoxdur.

Əhalinin sıxlığına gəldikdə, ilin əvvəlində paytaxtın 1 kv. km ərazisinə 1 075 nəfər düşüb.

Qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

Xatırladaq ki, ərazisi 2,14 min kv. km təşkil edən Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26