Interposta.Info

Yeni dərs ilində şagirdlər partada necə əyləşir: tək-tək, yoxsa ikisi birgə?

Ölkə
 22-09-2021, 11:43     284

Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili bu gündən etibarən başlayıb.

"İnterPosta" xəbər verir ki, ötən tədris ilində pandemiya şəraiti nəzərə alınaraq sinif 2 qrupa bölünürdü və şagirdlər parta arxasında tək-tək əyləşdirilirdi.
Bəs bu il vəziyyət necədir? Şagirdlər parta arxasında hansı qaydada əyləşir?
Bu barədə Təhsil Nazirliyindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlər dərsdə bütöv sinif şəklində iştirak edəcəklərinə görə parta arxasında iki şagird birgə əyləşəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26