Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan “Zəfər yolu”nun ən son görüntüləri - VİDEO

Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şuşaya çəkilən yolun genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir.
İnterPosta.inf xəbər verir ki, artıq “Zəfər yolu” ilə rahat gediş-gəliş təmin olunub.
Bu ilin sentyabr ayının sonuna isə yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Yolda tamamlama işləri gedir.
Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan “Zəfər yolu”nun son görüntülərini təqdim edirik:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26