Interposta.Info

Pandemiya akademik tədrisə ciddi zərbə vurdu (Vəfa Yaqublu)

Ölkə
 7-09-2021, 15:43     354

Pandemiya bir tərəfdən akademik tədrisə ciddi zərbə vurdu, ikinci tərəfdən hər birimizə sosial bacarıqlar qazandırdı.

"İnterPosta" bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, tədris prosesinə hazırlıq tam qaydada təşkil olunub:

"Ötən müddət ərzində müəllimlər ixtisasartımaya cəlb olunub, QR kodla təchiz olunmuş dərsliklər yaradılıb. Əsas odur ki, müəllimlər tədris planlarında yaxşı mənada silahlanıblar. Öyrənmə ikitərəfli prosesdir. Öyrədəndən çox şey asılı olduğu kimi, öyrənənin də həvəsi, istəyi olmalıdır".

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26