Interposta.Info

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirildi (FOTO)

Ölkə
 2-09-2021, 21:57     493

"Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqənin yekun nəticələrinə əsasən komandamız üçüncü yerə layiq görülüb. Qazaxıstan komandası birinci, Rusiya komandası isə ikinci yeri qazanıb.

Bundan başqa polkovnik-leytenant Əhmədov Namiq "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olublar.
Qalib komandalara mükafatlar təqdim olunub.

Mərasimdən sonra "Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.




İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26