Interposta.Info

Açıq havada işləyən bütün kafe və restoranlarda da pasport tələb olunacaq

Ölkə
 1-09-2021, 11:22     464

“Bütün hallarda, vergi qeydiyyatında olan ictimai iaşə obyektlərində kütləvi xidmət sahəsi olduğuna görə mütləq qaydada COVID pasportu tələb olunur".

Bunu "İnterPosta"ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.


O bildirib ki, bu gündən qüvvəyə minən qərar açıq havada fəaliyyət göstərən bütün kafe və restoranlara da aiddir:

"Açıq məkan olsa belə, onlar da ictimai iaşə obyekt hesab olunurlar. Ona görə də mütləq qaydada COVID-19 pasportu tələb olunur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26