Interposta.Info

Tələbələrin COVID-19 pasportunun olmasına dair tələb qüvvəyə minib

Ölkə
 1-09-2021, 09:56     416

Bu gündən mülkiyyət formasından asılı olmayaraq, bütün elm və təhsil müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

"İnterPosta" məlumatına görə, bu, Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edilməsi haqqında” qərarında əksini tapıb.

Eyni zamanda sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olmasına dair tələb də qüvvəyə minib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26