Interposta.Info

Təcili tibbi yardım üçün işçi axtarılır

Ölkə
 31-08-2021, 16:19     430

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına işə qəbulla bağlı elan verilib.

Səhiyyə Nazirliyindən "İnterPosta"ya verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

- Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)

- Şəxsiyyət vəsiqəsi

- Diplom

- İnternatura vəsiqəsi

- Sertifikat

- Əmək kitabçası

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26