Interposta.Info

Azərbaycanda karantin rejimi ilə bağlı yeni qərar verildi

Ölkə
 30-08-2021, 11:33     1 609

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərara dəyişiklik edib.
"İnterPosta" xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır.
Qeyd edək ki, daha əvvəl 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu. Daha əvvəl qeyd olunan nəzarət tədbirləri həmin qurumlar tərəfindən 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində keçirilirdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26