Interposta.Info

Bu rayonlarda mina təhlükəsizliyi dərsləri keçiriləcək

Ölkə
 23-08-2021, 21:17     173

Azərbaycanda yeni tədris ilində şagirdlərə mina təhlükəsizliyi dərsləri keçiriləcək.

"İnterPosta" xəbər verir ki, bu barədə məlumat təhsil naziri Emin Əmrullayevin imzaladığı ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planında əksini tapıb.

Sənədə əsasən, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumi təhsil müəssisələrinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin VI (altıncı) siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə bir saat olmaqla ikinci yarımildə "Mina təhlükəsinə dair maariflənmə” adlı kurs tədris olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26