Interposta.Info

Vətən Müharibəsi Qəhrəmanı general oldu - Əkiz qardaşı XTQ polkovnikidir  

Ölkə
 17-08-2021, 23:01     2 136

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib.

"Qafqazinfo”nun məlumatına görə, general-mayor rütbəsi verilən iki hərbçidən biri Vətən Müharibəsi Qəhrəmanıdır.

Bu, hələ polkovnik ikən Vətən müharibəsində iştirak Qurbanov Babək Vahid oğludur.

Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda "Cəbrayılın azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Qeyd edək ki, general-mayor Babək Qurbanov Şahbuz rayonundandır. O, 1982-ci ildə anadan olub.

Maraqlıdır ki, Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Babək Qurbanovdan fərqli olaraq, əkiz qardaşı Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. Polkovnik-leytenant Bayram Qurbanov da qardaşı kimi Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26