Interposta.Info

Kəlbəcər və Gədəbəydəki mövqelərimiz atəşə tutuldu: Erməni təxribatı davam edir  

Ölkə / Manşet
 14-08-2021, 10:10     600

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 16:25-dən 20:30-dək fasilələrlə Basarkeçər rayonunun Aşağı Zağalı, Zərkənd və Çəmbərək rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu, Yuxarı Ayrım və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

"İnterPosta" xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26