Interposta.Info

Ağcabədidə "qızıl müəmması": Quyudan tapılan külçələr nədir?

Ölkə
 13-08-2021, 15:07     324

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağcabədi sakininin qazdığı quyudan qızıl külçələrin tapılması ilə bağlı araşdırmanı yekunlaşdırıb.

Nazirliyin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin "İnterPosta"-ya bildirib ki, məsələ araşdırılıb və bununla bağlı Ağcabədi rayon İcra Hakimiyyətinə rəsmi məlumat verilib.

Quyu qazarkən həyətindən qızıl tapdığını deyən Ağcabədi rayonu Hacılar kənd sakini Tələt Quliyev Qaynarinfo-ya açıqlamasında deyib ki, həyətindən çıxan külçələr Bakıya laboratoriyaya göndərilib:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Elmi-Tədqiqat İnstitutundan gəlib külçələrdən nümunələr götürüblər. Hələ bizə rəsmi cavab verilməyib”.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Ceyhun Rüstəmov isə bildirib ki, Bakıya laboratoriayaya göndərilən nümunələrin cavabı hələ quruma daxil olmayıb.

Ağcabədi rayon İcra Hakimiyyətindəki mənbədən əldə etdiyimiz məlumata görə isə tapılan külçələrin qızıl olmaması barədə rəy verilib.



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26