Interposta.Info

Eldəniz Səlimovun Milli Məclisdəki “parta yoldaşı” kimdir? - Əleyhinə səs verməyib...

Ölkə
 13-08-2021, 14:57     518

Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimov mətbuatın gündəmindən düşmür.

Hazırda Kürdəxanı qəsəbəsindəki Təcridxanada saxlanılan deputatın işi üzrə istintaq araşdırması davam etdirilir.

Xatırladaq ki, Milli Məclisin 98 üzvü E.Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs vermiş, 1 nəfər bitərəf qalmış, 1 nəfər isə səs verməmişdi.

Eldəniz Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs verməyən və bitərəf qalan deputatlardan birinin Tahir Kərimli olduğu məlumdur.

Bəs digəri kimdir?

Modern.az-ın məlumatına görə, bu məsələdə neytral mövqe tutan digər deputat Azər Badamov olub. Məsələ burasındadır ki, A.Badamov parlamentdə E.Səlimovla eyni masa arxasında yanaşı əyləşir.



E.Səlimova yaxınlığı ilə diqqət çəkən A.Badamovun "parta yoldaşı” ilə bağlı səsvermə zamanı onun əleyhinə səs verməyib.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26