Interposta.Info

Ceyhun Səfərov "Azəriqaz"dan ayrıldı

Ölkə
 26-07-2021, 19:58     448

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.

"İnterPosta" xəbər verir ki, bu münasibətlə Birlik rəhbərliyi yanında görüş təşkil olunub. C.Səfərovun qurumun ictimaiyyətlə əlaqələri sahəsində müsbət irəliləyişlərə nail olduğunu qeyd edən baş direktor Ruslan Əliyev, onun bu sahədə məlumatlı bir kadr kimi yetişdiyinə diqqət çəkib. R.Əliyev bildirib ki, tanınmış jurnalist olan C.Səfərovla "Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır. Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə yararlanacaqlar.

Ceyhun Səfərov ona göstərilən diqqətə görə təşəkkür edib.

Daha sonra Ceyhun Səfərovu Fəxri fərmanla təltif edib, kollektivlə birgə xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, C.Səfərov "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2 il bundan öncə təyin edilib.





İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26