Interposta.Info

77 ilə başlayan yeni seriya nömrələrinin verilməsinin səbəbi nədir? - Ekspert

Ölkə
 24-07-2021, 15:50     649

"Bu, müvəqqəti nömrə deyil, digər nömrələr kimi vətəndaşlara daimi verilir. Prosesə artıq başlanılıb. Çox güman ki, Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı artdığna görə, yeni nömrələrin çapına başlanılır".

Bunu "İnterPosta"-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilməsinə başlanılması ilə bağlı məlumata aydınlıq gətirərkən bildirib. Elməddin Muradlı bunu bir çox səbəblərinin ola biləcəyini vurğulayıb:

"Köhnə nömrələrin əksəriyyəti itir, yararsız hala düşüb, yaxud da qəzalı maşınların üzərində var. Hansı ki, həmin maşınlar çıxdaş olunmalıdır, olunmur. Yəqin cərimə meydanlarında qalaq-qalaq maşınların olduğunu görürsünüz, çürüyürlər orada. Bu səbəbdən də yeni seriyalı nömrələrin verlməsinə başlanılır. Düşünürəm ki, əlavə hərfləri artırmaq mümkün olmadığından məsələn, 3 hərfli nömrə verə bilmədiyimiz üçün rəqəmlərdə dəyişməyə üstülük verirlər. Dövlət Yol Polisi yəqin bu səbəbdən addım atır".



Elməddin Muradlı cəmiyyətdə nömrə xəstəliyinin olduğunu diqqətə çatdırıb:

"İstər 77, istərsə də 99, 10 olsun fərqi nədir? Nömrə insanın səviyyəsini, şəxsiyyətini, dünyagörüşünü göstərmir. Sadəcə, onun imkanının bir az çox olduğunu göstərə bilər. Bəziləri bunu belə qəbul edir ki, filankəs bahalı nömrə vurubsa, deməli, onun yaxşı pulu var. Ya da əksinə, kasıb adamdır acından günorta durur, gedib bahalı nömrə alır. Nədir ki, desinlər ki, filankəsin də nömrəsi əladır. Mən cəmiyyətin nömrə ilə bağlı bu xəstə yanaşmasını qəbul edə bilmirəm".

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə 77 ilə başlayan yeni seriya nömrəsi verilməsinə başlandığını bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26