“Şərurlu İsfəndiyar” və keçmiş deputatın oğlu məhkəməyə verildi
"Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) "Şərurlu İsfəndiyar” kimi tanınan məşhur iş adamı, tikinti maqnatı İsfəndiyar Axundovu məhkəməyə verib.
İşlə bağlı cavahdeh qismində sahibkarın oğlu Mehti Axundovun rəhbərlik etdiyi "Stil Tikinti” Mənzil-Tikinti Kooperativi, eləcə də fiziki şəxs İlqar Abışov çıxış edir.
Bundan başqa, ABB lisenziyası 2009-cu ildə ləğv olunmuş və hələ də, ləğv prosesində olan "Debüt Bank” ASC-ni, eləcə də Bankın məxsus olduğu keçmiş deputat Fərhad Qəribovun oğlu Rəşad Qəribovu məhkəməyə verib.
Hər iki iddiaya səbəb kredit müqaviləsi üzrə mübahisələrdir. İşlər hazırda müvafiq olaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsindədir. aHakimlər müvafiq olaraq Nigar Nəbizadə və Vafəddin İbayevdir./report.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26