Interposta.Info

İntihar edən polis rəisi generalın qardaşıdır

Ölkə
 9-07-2021, 13:10     495

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev xidməti otağında intihar edib.

Polis polkovnik-leytenantı olan Rahib Mirzəyev xidməti otağında bu gün səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.

"İnterPosta" xəbər verir ki, Rahib Mirzəyev DİN-in Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır. S. Mirzəyev 2020-ci il iyun ayında təqaüddə göndərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26