Interposta.Info

Bakıda azyaşlı dilənməyə məcbur edilir

Ölkə
 28-06-2021, 22:16     375

Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən azyaşlı aşkarlanıb.

İnterPosta"xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb. O bildirib ki, azyaşlının adı Şərifov Ümid Tural oğludur və o, 5 il əvvəl də sığınacaqda olub:

"Anası bir neçə aydan sonra tapılıb gəlib uşağı aparıb. Ümidin dediyinə görə, xalasıgil onu dilənməyə, təkər qaraltmağa məcbur edib,qazancını əlindən alıb. O isə bunu etmək istəmədiyinə görə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Bu gün Nəsimi rayonu 19-cu polis bölməsi tərəfindən azyaşlı sığınacağımıza yerləşdirilib”.

K.Ağazadə qeyd edib ki, Ümid oxumaq istəyir və dövlətin himayəsinə verilməsini istəyir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26