Interposta.Info

Prezident İlyas Rzayevin rütbəsini artırdı

Ölkə
 23-06-2021, 20:55     386

Prezident İlham Əliyev İlyas Rzayevə "ədliyyə general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

"İnterPosta" xəbər verir ki, sərəncama əsasən, ədliyyə polkovniki İlyas Ramiz oğlu Rzayevə "ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, İlyas Rzayev Prezident Adminstrasiyasının Hərbi məsələlər şöbəsinin sektor müdiri vəzifəsində çalışır. O, bu vəzifəyədək Bakı hərbi prokuroru olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26