Interposta.Info

Bakıda toz dumanı nə qədər davam edəcək? - Nazirlikdən açıqlama

Ölkə
 22-06-2021, 10:07     383

Paytaxtda müşahidə olunan toz dumanlı hava şəraiti gün ərzində davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən "İnterPosta"ya verilən məlumatına görə, Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.

Avtomatik stansiyalardan ötən gün saat 14:00-a daxil olan məlumata əsasən, Bakı şəhərində havada dispers toz hissəciklərinin qatılığı sanitar normadan 2.6 dəfə çox olub.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26