Interposta.Info

Hacı Məhərrəmin kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü - FOTO

Ölkə
 14-06-2021, 10:18     781

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

“Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.

Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Ağayevin kürəkənidir./APA

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26