Interposta.Info

Azərbaycan hava yolu ilə giriş qadağasını götürə bilər

Ölkə
 5-06-2021, 15:40     493

Yaxın gələcəkdə epidemioloji vəziyyət və əhalinin vaksinasiya səviyyəsi əsas götürülərək digər ölkələrin vətəndaşlarının da hava yolu ilə Azərbaycan Respublikasına girişinin bərpa edilməsi məsələsi baxılmaqdadır.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib. Qərara əsasən, iyunun 10-dan etibarən Rusiya və Türkiyə vətəndaşları hava yolu ilə Azərbaycana müəyyən edilmiş şərtlərlə səfər edə biləcəklər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26