Interposta.Info

Son sutkada neçə nəfər koronavirusa yoluxub?

Ölkə
 22-05-2021, 17:57     474

Azərbaycanda bu gün koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 720 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"İnterPosta xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 12 nəfər "COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 991 nəfər müalicə olunaraq sağalıb, 4 851 nəfər vəfat edib. 7 393 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 841, bu günə qədər isə ümumilikdə 3 446 033 test icra olunub.

Son gündə koronavirus əleyhinə 36758 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1961563, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 115044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 846519 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26