Interposta.Info

Dövlət bu şəxslərə pulsuz avtomobillər verəcək

Ölkə
 16-04-2021, 14:19     296

Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq.

"İnterPosta" Trend-ə istinadən xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.

Onun sözlərinə görə, avtomobillər tibbi sosial ekspertizanın rəyi olduğu şəxslərə təqdim olunacaq:

“Ötən il 7200 müharibə əlilinə avtomobillərin təqdim olunması həyata keçirildi. Bu il də Nazirlər Kabinetinin qərarı ilə müharibə əlilləri avtomobil ilə təmin olunacaqlar və bu proses yaxın günlərdə həyata keçirilməyə başlanılacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26