Interposta.Info

“Reanimasiyada çarpayı ilə bağlı problemlərlə üzləşirik” - TƏBİB

Ölkə
 1-04-2021, 17:21     337

"Hazırda çarpayı fondu ilə bağlı problemimiz yoxdur".

"İnterPosta"xəbər verir ki, bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, problem stasionar çarpayı ilə bağlı olmur: "Bununla bağlı heç bir problem olmur. Bizim modul tipli xəstəxanalarımız var. Biz, əsasən, reanimasiyada çarpayı ilə bağlı problemlərlə üzləşirik. Daha çox önəmli olan bu göstəricidir. Bu gün hələ ki, bu problemlə üzləşməmişik. Bununla bağlı fəaliyyət planımız var. Əgər epidemioloji vəziyyətlə əlaqədar reanimasiya çarpayılarının dolması olarsa, dövlət tərəfindən lazımi tədbirlər görüləcək".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26