Interposta.Info

Koronavirusa yoluxan Sahib Məmmədovdan xəbər var

Ölkə
 30-03-2021, 17:01     359

Koronavirusa yoluxmuş hüquq müdafiəçisi Sahib Məmmədov müalicə olunduğu xəstəxanadan evə buraxılıb.

"Report"un xəbərinə görə, bu barədə S.Məmmədov özü məlumat verib.

O, bundan sonra müalicəsini ev şəraitində davam etdirəcəyini bildirib.

"Buna iki səbəb var. Birincisi, səhhətimdə nisbi yaxşılaşmadır. Yoluxma nəticəsində yan xəstəliklərin nəticəsi olaraq hələ uzun müddət bərpa prosesi keçməliyəm. Hətta danışanda belə yoruluram deyə, hələlik zənglərinizə də cavab verə bilmirəm. İkinci səbəb xəstəxanada yerlərin dolması idi. Xəstəxanalara çox ağır xəstələr gəlir. Bəlkə, bu yeni mutasiyadır. Hər halda mən bir palatanı boşaltmaqla həm də yeni xəstələrin qəbul olunmasına imkan yaratdım", - S.Məmmədov əlavə edib.

Qeyd edək ki, S.Məmmədov koronavirusa yoluxduğu üçün mart 15-də Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26