Interposta.Info

DOST mərkəzlərində işə qəbul qaydası necədir?

Ölkə
 25-03-2021, 11:34     136

"DOST mərkəzlərində işə qəbulla bağlı çox geniş proqramımız var”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook” səhifəsindəki "Sosial saat”da Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

Onun sözlərinə görə, DOST-da əsasən bir neçə istiqamət üzrə işə qəbul həyata keçirilir: "Bizdə əsas istiqamət funksional istiqamətdir, birbaşa fəaliyyət istiqamətlərimiz pensiya sahəsi, müavinət, təqaüdlər, məşğulluq, əlilliklə bağlı və digər məsələlərdir. Bu istiqamətdə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili kadr potensialından istifadə edirik. Bunun da səbəbi odur ki, birinci növbədə işçinin peşəkarlığına nəzər yetiririk".

F.Məmmədov bildirilb ki, DOST mərkəzlərində fəaliyyət göstərəcək sosial agentlər, sosial işçilər və s. bu sahədə peşəkar olan mütəxəssislər olmalıdılar: "Ona görə də əsasən üstünlüyü ƏƏSMN nəzdində olan kadrlara veririk”.

Onun sözlərinə görə, amma inzibati və digər sahələrdə işə qəbul proseslərini də həyata keçirirlər: "Birbaşa bizim veb saytımız və sosial şəbəkədə olan profillər vasitəsilə də vətəndaşlar müraciət edir, şəxsi məlumatlarını yönləndirirlər. Eyni zamanda, bizim mərkəzlərdə olan məlumat masalarına yaxınlaşaraq işlə bağlı müraciət edirlər. Biz həmin müraciətlərə baxırıq. Hesab edirəm ki, kifayət qədər çevik yanaşmamız var. Vətəndaşlara da tövsiyə edirəm ki, qeyd etdiyim üsullardan istifadə etsinlər. Şübhəsiz ki, işə qəbul zamanı yalnız funksional istiqamətləri qiymətləndirmirik. Burada yumşaq bacarıqlara da üstünlük veririk. Burada əsasən inzibati istiqamətdə olan vəzifələrə üstünlük verilir. Eyni zamanda, DOST Agentliyinin daxilində kifayət qədər geniş hazırlıq və təlim proqramları mövcuddur ki, həmin proqramlardan da çox aktiv istifatə edirik”. /APA

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26