Interposta.Info

Bakcell‌ ‌şirkəti‌ ‌“YAŞAT”‌ ‌Fondunun‌ ‌daha‌ ‌bir‌ ‌təşəbbüsünə‌ ‌qoşulub‌

Ölkə
 22-03-2021, 19:56     435


“YAŞAT”‌ ‌Fondunun‌ ‌və‌ ‌“Bravo”‌ ‌marketlər‌ ‌şəbəkəsinin‌ ‌birgə‌ ‌təşkilatçılığı‌ ‌ilə‌ ‌şəhid‌ ‌ailələri‌ ‌və ‌ ‌tibb‌ ‌
müəssisələrində‌ ‌yataq‌ ‌şəraitində‌ ‌müalicə‌ ‌alan‌ ‌ağır‌ ‌yaralanan‌ ‌qazilərimizə‌ ‌Novruz‌ ‌sovqatlarının‌ ‌
paylanılması‌ ‌təşəbbüsünə‌ ‌Bakcell‌ ‌şirkəti‌ ‌də‌ ‌qoşulub.‌ ‌
Layihə‌ ‌çərçivəsində‌ ‌tərəfdaş‌ ‌təşkilatların‌ ‌dəstəyi‌ ‌ilə‌ ‌hazırlanmış‌ ‌bayram‌ ‌sovqatlarından‌ ‌ibarət ‌ ‌
qutuların‌ ‌şəhid‌ ‌ailələri‌ ‌və‌ ‌yataq‌ ‌şəraitində‌ ‌müalicə‌ ‌alan‌ ‌ağır‌ ‌yaralanan‌ ‌qazilərimizə‌ ‌çatdırılması‌ ‌
nəzərdə‌ ‌tutulur.‌ ‌
Məqsəd‌ ‌müvafiq‌ ‌kateqoriyadan‌ ‌olan‌ ‌şəxslərin‌ ‌daim,‌ ‌o‌ ‌cümlədən‌ ‌Novruz‌ ‌bayramı‌ ‌ərəfəsində‌ ‌
diqqət‌ ‌mərkəzində‌ ‌saxlanılması, ‌ ‌onların‌ ‌sosial‌ ‌qayğı‌ ‌ilə‌ ‌əhatə‌ ‌olunmasıdır.‌ ‌
“YAŞAT"‌ ‌Fondu‌ ‌şəhidlərimizin‌ ‌ailə‌ ‌üzvlərinin‌ ‌və‌ ‌qazilərimizin‌ ‌müraciətlərini‌ ‌diqqət‌ ‌mərkəzində‌ ‌
saxlayır,‌ ‌onların‌ ‌müxtəlif‌ ‌ehtiyaclarının‌ ‌qarşılanması‌ ‌üzrə‌ ‌işləri‌ ‌davam‌ ‌etdirir.‌ ‌
Qeyd‌ ‌edək‌ ‌ki,‌ ‌“Bakcell”in‌ ‌daxil‌ ‌olduğu‌ ‌“NEQSOL‌ ‌Holding”in‌ ‌tərkibində‌ ‌olan‌ ‌şirkətlər‌ ‌“YAŞAT”‌ ‌
Fonduna‌ ‌ümumilikdə‌ ‌1,2‌ ‌milyon‌ ‌manat‌ ‌məbləğində‌ ‌vəsait‌ ‌köçürüblər.‌ ‌ ‌
Həmçinin,‌ ‌Bakcell‌ ‌şirkəti‌ ‌Azərbaycan‌ ‌Respublikasının‌ ‌ərazi‌ ‌bütövlüyünün‌ ‌müdafiəsi‌ ‌ilə‌ ‌əlaqədar‌ ‌
yaralananların‌ ‌və‌ ‌şəhid‌ ‌ailələrinin‌ ‌təminatına‌ ‌dəstək‌ ‌göstərmək‌ ‌istəyən‌ ‌abunəçilərinə ‌ ‌“YAŞAT”‌ ‌
fonduna‌ ‌öz‌ ‌balanslarından‌ ‌ianə‌ ‌etmək‌ ‌fürsəti‌ ‌təqdim‌ ‌edib.‌ ‌YAŞAT‌ ‌fonduna‌ ‌edilən‌ ‌ianə‌ ‌üçün‌ ‌
göndərilən‌ ‌SMS‌ ‌tamamilə‌ ‌pulsuzdur‌.‌ ‌

***‌ ‌
Bakcell‌ ‌haqqında‌ ‌
Azərbaycanın‌ ‌İlk‌ ‌Mobil‌ ‌Operatoru‌ ‌Bakcell‌ ‌şirkəti‌ ‌müasir‌ ‌mobil‌ ‌telekommunikasiya‌ ‌xidmətləri‌ ‌
istifadəçilərinə‌ ‌geniş‌ ‌çeşiddə‌ ‌məhsullar‌ ‌təklif‌ ‌edir.‌ ‌Şirkət‌ ‌öz‌ ‌abunəçilərinə‌ ‌ən‌ ‌mükəmməl‌ ‌mobil‌ ‌internet‌ ‌
xidməti‌ ‌göstərir.‌ ‌
Bakcell‌ ‌və‌ ‌onun‌ ‌məhsul‌ ‌və‌ ‌xidmətləri‌ ‌haqqında‌ ‌ətraflı‌ ‌məlumat‌ ‌əldə‌ ‌etmək‌ ‌üçün,‌ ‌xahiş‌ ‌edirik,‌ ‌
www.bakcell.com‌ ‌internet‌ ‌səhifəsinə‌ ‌daxil‌ ‌olun‌ ‌və‌ ‌ya‌ ‌555-ə‌ ‌zəng‌ ‌edin.‌ ‌Press-relizlərlə‌ ‌tanış‌ ‌olmaq‌ ‌üçün‌ ‌
www.bakcell.com/az/news‌ ‌(və‌ ‌ya‌ ‌İngilis‌ ‌dili‌ ‌üçün‌ ‌www.bakcell.com/en/news)‌ ‌səhifəsinə‌ ‌daxil‌ ‌olun.‌ ‌
Qeyri-Bakcell‌ ‌abunəçiləri‌ ‌isə‌ ‌012‌ ‌498‌ ‌89‌ ‌89‌ ‌nömrəsinə‌ ‌zəng‌ ‌etməklə‌ ‌“Bakcell”in‌ ‌məhsul‌ ‌və‌ ‌xidmətləri‌ ‌
haqqında‌ ‌məlumat‌ ‌əldə‌ ‌edə‌ ‌bilərlər.‌ ‌

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26