Interposta.Info

Bu ölkədə ilk dəfə qadın prezident oldu

Ölkə
 19-03-2021, 13:55     382

Samiyə Həsən Suluhu bu gün Tanzaniyanın altıncı prezidenti kimi and içib.

"İnterPosta" xəbər verir ki, mərasim Tanzaniya prezidentlərinin ölkənin ən böyük şəhəri Dar əs Salamdakı rəsmi iqamətgahında baş tutub. Samiyə Həsən Suluhu Afrikanın ölkəsində dövlət başçısı vəzifəsini icra edən ilk qadın kimi tarixə düşüb.

Qeyd edək ki, Tanzaniyanın Prezidenti Con Maqufulin martın 17-də vəfat edib. Bundan sonra onun səlahiyyətləri vitse-prezident Samiyə Həsən Suluhu icra edib.

Tanzaniya Konstitusiyasına görə, prezidentin ölümü halında vitse-prezident dövlət başçısı vəzifəsini icra edir və mandatı bitənə qədər vəzifəsində qalır. 61 yaşlı Suluhunun mövcud mandatı 2025-ci ilin sonunda bitir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26