Interposta.Info

Dumanlı hava nə vaxtadək davam edəcək?

Ölkə
 18-03-2021, 10:52     486

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün Bakı şəhərində müşahidə olunan güclü dumanın səbəbini açıqlayıb.

Nazirliyin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın “Qafqazinfo”ya bildirdiyinə görə, Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraitinə gecə saatlarında yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsi səbəb olub:

“Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub küləyi nəticəsində Abşeron yarımadasına daxil olub. Belə hava şəraiti bu gün ərzində və 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26