Interposta.Info

Nazirdən daha bir təyinat

Ölkə
 15-03-2021, 14:28     420

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Rahid Ələkbərli vəzifəsindən azad edilib.
"İnterPosta" "Report”a istinadən məlumat verir ki, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Digər əmrə əsasən isə o, nazirin müşaviri təyin olunub.

DRİ-nin rəhbərliyinə isə Heydər Rüstəmov gətirilib. O, indiyə qədər nazirliyin maliyyə şöbəsində çalışıb, "Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmovun qardaşıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26