Interposta.Info

Gəncə sakinlərinə şad xəbər: Ölkənin ikinci böyük şəhərində bir çox xidmətlər elektronlaşdırılıb (VİDEO)

Ölkə
 11-03-2021, 23:41     257

Azərbaycanda ilk dəfə Gəncə şəhərində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin ödənişləri "Milliön” aparatları vasitəsi ilə ödəniləcək.

"İnterPosta"xəbər verir ki, artıq bununla bağlı iki ilə yaxın aparılan işlər yekunlaşıb və ölkənin ikinci böyük şəhərində yaşayanlar Mənzil Kommunal İstehsalat Birliyinə aid olan xidmət haqlarını rahat şəkildə ödəyə biləcəklər.

Söhbət ondan gedir ki, yeni sistem sakinlərin vaxt itkisini aradan qaldırmaqla yanaşı, yarana biləcək süni maneələri də aradan götürəcək.

Xidmətlərə gəlincə, ilkin olaraq kirayə haqları, məişət tullantılarının daşınması, vətəndaşlar tərəfindən avtomobil qarajlarının istifadə haqları və lift istifadəsinə görə ödəmə haqları olacaq.

Artıq bütün məlumatlar elektronlaşdırılıb. Başqa sözlə desək, istənilən şəhər sakini yuxarıda göstərilən xidmət haqlarını ödəmək üçün aparata yaxınlaşaraq ümumi borcları və ödəyəcəyi məbləğlə tanış ola bilər. Yeni sistem əhali tərəfindən də müsbət qarşılanıb.

Daha ətraflı videoreportajda:

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26