Interposta.Info

Dilavər Əzimli dünyasını dəyişdi

Ölkə
 3-03-2021, 13:20     337

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli dünyasını dəyişib.

"İnterPosta" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milliyətçi Demokratik Partiyasının (AMDP) sabiq sədri Qələndər Muxtarlı sosial şəbəkə vasitəsilə yayıb.

Sitat: "Dostlar, çox üzücü xəbər gəldi. Tələbə yoldaşımı, Milli Azadlıq hərəkatından birgə yol gəldiyim, Dilavər Əzimlini, Azərbaycanın nurlu bir alimini, fədakar millət oğlunu itirdik. Millətimizin başı sağ olsun!”

Qeyd edək ki, Dilavər Əzimli koronavirusa yoluxmuşdu, vəziyyəti ağır idi.

Allah rəhmət eləsin!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26