Interposta.Info

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – VİDEO

Ölkə / Paradoks
 1-03-2021, 09:40     1 201

Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun sosial şəbəkələrdə videosu yayılıb.

Video icra başçısı işğaldan azad olunmuş, doğulduğu Ağdam rayonunun Əliağalı kəndində çəkilib. N saylı hərbi hissənin komandiri ilə görüntülənən V. Həsənov ata yurduna gedir, evlərini, həyətlərini göstərir.

Videonun təqdimatında icra başçısının içkili olduğu iddia edilir və bu onun hərəkətlərindən, danışığından da hiss olunur. Buna görə də V. Həsənovun şəhid qanı ilə alınmış torpaqlara sərxoş vəziyyətdə getməsi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub./“Yeni Sabah”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26