Interposta.Info

Prezidentin xüsusi nümayəndələri ilə bağlı dəyişiklik təsdiqləndi

Ölkə / Manşet
 22-02-2021, 14:17     383

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

"İnterPosta" xəbər verir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı maddələr əlavə edilib:

- Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;

- Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;

- Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26